Bu ölkə də Hörmüzə ordu göndərir
18.12.2019
Cənubi Koreya 2020-ci ilin əvvəlində ABŞ-ın rəhbərliyi altında Hörmüz boğazında azad gəmiçiliyin müdafiəsi əməliyyatına qoşulmaq üçün öz hərbçilərini göndərəcək.
Bu məlumatı Cənubi Koreyanın "Çunan ilbo” qəzeti yayıb. Məlumata görə, bu qərarı çərşənbə axşamı Cənubi Koreya Təhlükəsizlik Şurası verib.
Seul artıq qərarla bağlı ABŞ-ı xəbərdar edib və qoşunlarının yerləşdirilməsinin detalları üzərində çalışmağa başlayıb.