Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirini təbrik edib
17.12.2019
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktub göndərib.
Təbrikdə deyilir:
"Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Qətər əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına sülh və rifah diləyirəm".