03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Alimlərimizin böyük uğuru

17.12.2019

Azərbaycan alimləri yüksək texnologiyalar üçün yeni qeyri-üzvi materialların alınması sahəsində böyük uğur əldə ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və kimya üzrə fəlsəfə doktoru Ziya Əliyev antiferromaqnit (AFM) və topoloji izolyator (Tİ) xassələrinə malik yeni maddələrin (AFMTİ) sintezinə və onların mükəmməl monokristallarının alınmasına nail olublar.
Xəbər verildiyi kimi, bu barədə Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan bildirilib.
Məlumata görə, professor İmaməddin Əmiraslanov (AMEA-nın Fizika İnstitutu) həmin maddələrin kristal quruluşlarını təyin edib. Alınmış yeni nəsil materiallar İspaniya, Almaniya, Yaponiya, İtaliya, Avstriya və Rusiyanın aparıcı elmi mərkəzləri, həmçinin AMEA-nın Fizika İnstitutu ilə birgə ən müasir üsullarla hərtərəfli tədqiq edilib, onların xassələri təsdiq olunub.
Birgə tədqiqatların nəticələri dünyanın ən nüfuzlu elmi nəşri olan "Nature” (impakt faktor 43.07) jurnalında dərc edilib. Bu, Azərbaycan elmi müəssisələrinin həmin jurnalda dərc olunmuş ilk məqaləsidir.
Xatırladaq ki, maddənin bu kvant halının mümkünlüyü 2010-ci ildə nəzəri olaraq irəli sürülüb. Lakin son illərdə dünyada Tİ materialları sahəsində böyük uğurlar qazanılmasına baxmayaraq, indiyədək AFMTİ materiallarını sintez etmək mümkün olmayıb. Bu sinif materialların gələcəyin elektronikası olan spintronikanın və kvant kompüterlərinin yaradılması istiqamətində tədqiqatlarda inqilabi sıçrayışa gətirib çıxaracağı gözlənilir.