23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

20 il saçlarını yumayan ingilis rəssamı - FOTO

17.12.2019

"Dövran Media" xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı rəssam Françesko Kluni 20 ildir ki, başını yumur. Uzunluğu təxminən iki metrə çatan saçlarını Frenki 6 yaşından uzatmağa başlayıb. 13 yaşına çatanda qız artıq başa düşüb ki, onlara qulluq etmək nə qədər çətindir.
Məhz buna görə, Frenki başını yumaqdan tamamilə imtina edir və bundan da çox məmnundur. Artıq 20 ildir ki, Frenkinin saçlarına etdiyi yeganə qayğı hörüyünü açıb-daramaqdır. Sənətçi bildirib ki, saçlarını yumaqdan imtina etməsi onun həyatını çox asanlaşdırıb.
Onun sözlərinə görə, ilk bir neçə ay çox çətin olub. Dəhşətli narahatlıq hiss edib. Saçları hər zaman çirkli olduğundan başı çox qaşınırmış. Amma tezliklə bütün "simptomlar" yox olub.
İndi qız hörüklərini səliqəyə salmaq üçün yarım saat sərf edir – hörüyü açmaq və saçlarını daramaq. Frenki təsəvvür belə etmir ki, 20 il əvvəl saçlarını yumaqdan imtina etməsəydi, bütün prosedurlar nə qədər vaxt aparardı.
Təəccüblüdür ki, bu, saçın "keyfiyyətinə" təsir etməyib. Qızın buruq saçları gözəl görünür və bunu bir neçə fotoya baxaraq özünüz də görə bilərsiniz.