Dünyanın ən yaşlı cütlüyü - 80 il bir yerdə -FOTO+VİDEO
17.12.2019
"Dövran Media” "Washington Post"-a istinadən xəbər verir ki, dünyanın ən yaşlı evli cütlüyü ABŞ-da yaşayır. Bu yaxınlarda 80 illik yubileylərini qeyd ediblər.
Bildirilir ki, cütlük 1934-cü ildə Texas Universitetində oxuyarkən tanış olub və 5 il sonra evlənib. Hal-hazırda Con Hendersonun 106 yaşı var, həyat yoldaşı Şarlotta isə 105 yaşındadır. Onlar uzunömürlülüyün sirrini mülayim olmaqda görürlər. Belə ki, cütlük düzgün qidalanır və içki içmirlər. Con isə hələ də idman zalında çalışır.
Eşitmə qabiliyyətlərinin bir az zəifləməsi nəzərə alınmasa, ər-arvad hər ikisi əla vəziyyətdədir. Həmçinin, qeyd edək ki, cütlüyün övladı yoxdur.