Trampın reytinqi YÜKSƏLDİ
17.12.2019
ABŞ Prezidenti Donald Trampın populyarlıq reytinqi yüksək səviyyəyə çatıb.
Bu nəticə Kvinnipeks Universitetinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, Trampın fəaliyyətini respondentlərin 43%-i dəstəkləyib. 52% isə onun fəaliyyətinə qarşı çıxıb. Respublikaçılar arasında Trampı dəstəkləyənlərin sayı iştirakçıların 94%-ni təşkil edib.
Universitetin analitiki Meri Snou Trampın reytinqinin yüksəlməsinin iqtisadiyyatla bağlı olduğunu bildirib. O, seçicilərin iqtisadiyyatın gücləndiyini düşündüklərini bildirib.