Rauf Talışinskinin ölüm SƏBƏBİ
08.05.2018
"Exo” qəzetinin baş redaktoru Rauf Talışinskinin ölümünün ilkin səbəbi açıqlanıb.
"Dövran Media" xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə, meyitin ilkin ekspertizasının nəticəsi olaraq R.Talışinskinin ürəyində kardioskleroz, ateroskleroz və beyində insult əlamətləri aşkar edilib.
Ölüm səbəbinin bu xəstəliklər olduğu ehtimal edilir.
Yekun nəticə isə iki həftədən sonra - laborator müayinələr nəticəsində bəlli olacaq.
Qeyd edək ki, R.Talışınskinin meyiti bu gün səhər xadimə tərəfindən Bakıdakı evində tapılıb.
R. Talışınski evdə tək olub.