Fransa qaçqınları qəbul etməyə razıdır
16.12.2019
Fransa Daxili İşlər Nazirliyi Yunanıstana qaçqın təzyiqini azaltmaq üçün 400 miqrantı qəbul edəcəyini bildirib.
BMT-nin məlumatına əsasən, 2019-cu ildə Yunanıstan Avropa məkanında qaçqınları qəbul edən ölkələr arasında birinci yerdə olub. Hazırda ölkə ərazisində 103 min miqrant var.
Avropa İttifaqında Yunanıstanın ağır vəziyyəti və buraya qaçqın axınının davam etməsi ilə bağlı müzakirələrə baxmayaraq, konkret nəticəyə gəlmək mümkün olmayıb. Ölkə ərazisindəki qaçqın düşərgələrində isə tez-tez iğtişaşlar baş verir, yerli əhalinin narazılığı getdikcə artır.