Suriyada ABŞ-ın minlərlə muzdlusu döyüşür - Əsəd danışdı
16.12.2019
Suriyada yüzlərlə yox, bir neçə min Amerika hərbçisi, o cümlədən bir neçə özəl hərbi şirkətin əməkdaşları var.
Bunu Çinin "Phoeniks” televiziyasına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib. Onun sözlərinə görə, amerikalılar savaşlarda daha çox özəl hərbi şirkət əməkdaşlarından istifadə edirlər:
"Onların minlərlə, bəlkə də on minlərlə insanı bu şirkətlərdə çalışır və Suriya daxilindəki döyüşlərdə iştirak edirlər. Ona görə də əsl rəqəmi öyrənmək çətindir”.