03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ərdoğanın ABŞ-a iki mühüm ismarışı

16.12.2019

Vaşinqtonda düşünürlər ki, sanksiyalarla, erməni qətnamələri ilə Türkiyəni sözəbaxan edəcəklər, lakin tam əksi baş verir.
Bunu analitik Elxan Şahinoğlu qeyd edib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın "erməni soyqırımı” qətnaməsinin qəbulu etməsi ilə bağlı çıxışındakı iki vacib məqama diqqət çəkib:
"Birincisi, Ərdoğan Vaşinqtona mesaj göndərib ki, bu gedişlə ABŞ-ın İncirlikdəki hərbi bazasını qapada bilər. İkincisi, "erməni soyqırımı” qətnaməsinin qəbuluna qarşılıq olaraq Türkiyə parlamenti də ABŞ-da hindulara qarşı həyata keçirilən soyqırımı tanıya bilər.
ABŞ Türkiyəni sürətlə itirir. ABŞ-dakı siyasi mərkəzlər hesab edirlər ki, Türkiyə Soyuq müharibə illərində olduğu kimi, Vaşinqtondan gələn bütün təlimatları qeyd-şərtsiz yerinə yetirməli, öz maraqlarını yox, birinci növbədə Amerikanın maraqlarını nəzərə almalıdır. Soyuq müharibə 28 ildir bitib, SSRİ yoxdur. Beləcə Türkiyənın Amerikanın himayədarlığına ehtiyacı qalmayıb. Türkiyə bölgədə öz maraqları olan regional oyunçuya çevrilib. Amerikada bunu anlamaq istəmirlər. Vaşinqtonda düşünürlər ki, sanksiyalarla, "erməni qətnamələri” ilə Türkiyəni sözəbaxan edəcəklər, tam əksi baş verir”.
E.Şahinoğlunun sözlərinə görə, İncirlikdəki hərbi bazanın ABŞ-ın üzünə bağlanması asan məsələ olmasa da, gedişat Ankaraya alternativ yol qoymayıb:
"İncirlik hərbi bazasının bağlanması ilə Türkiyə-ABŞ strateji tərəfdaşlığı üzərindən xətt çəkilmiş olacaq”.
Qeyd edək ki, Ərdoğan açıqlamasında İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlaya biləcəklərini, həmçinin, ABŞ-ın hindulara qarşı həyata keçirdiyi etnik təcavüzü soyqırım kimi tanıya biləcəklərini söyləmişdi.