21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“A Haber”: Erməni silahlıları Anadolunun şərqində ağılasığmaz vəhşiliklər törədiblər

16.12.2019

Erməni silahlıları Anadolunun şərqində ağılasığmaz vəhşiliklər törədiblər.
Bu barədə Türkiyənin nüfuzlu "A Haber” televiziya kanalında hazırlanan sənədli filmdə bildirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qonağı olduğu canlı yayında dövlət başçısı əvvəlcə jurnalistlərlə birlikdə 1915-ci il hadisələrini əks etdirən xüsusi verilişi izləyib. Sənədli film xarakteri daşıyan verilişdə saxta "erməni soyqırımı” mövzusu ilə məşğul olan araşdırmaçı alimlər və şahidlər erməni silahlı birləşmələrinin ötən əsrin ilk illərindən Türkiyə Respublikası qurulanadək Anadolu bölgəsində türk-müsəlman əhaliyə qarşı törətdikləri cinayətlərdən bəhs ediblər. Ermənilərin soyqırımına məruz qoyduğu türklərin uyuduğu kütləvi məzarlıqlardan görüntülər əks olunub. Şahidlər və alimlər baş verən hadisələrlə bağlı tükürpərdici faktlar sadalayıblar. Erməni silahlıları qoca, qadın və uşaqları amansız işgəncələrə məruz qoyublar. Türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımıları əks etdirən kütləvi məzarlıqlardan yüzlərlə cəsəd çıxarılıb.
Gündəlikdə olan məsələlər ətrafında sualları cavablandıran Prezident Rəcəb Tayyib Ərdoğan Suriya böhranının həlli, Aralıq dənizindəki vəziyyət, terrorçuluqla mübarizə və sair mövzularla bağlı Türkiyənin qətiyyətli mövqeyini tamaşaçılarla bölüşüb. Saxta "erməni soyqırımı” mövzusu ilə bağlı fikir və mülahizələrini bölüşən dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə tərəfi 1915-ci il hadisələri ilə bağlı arxivlərini açıb. Ortada hadisələrin gerçək durumunu əks etdirən bir milyondan çox sənəd var. Gerçək soyqırımı kimin törətdiyini bilmək istəyən varsa gəlib tanış olsunlar. Bu mövzunu araşdırmaq tarixçilərin işidir. Türkiyə digər ölkələrin də arxivləri açmasını istəyir və birgə tədqiqat üçün ortaq tədqiqat komissiyası yaradılmasını təklif edir. ABŞ Senatının qondarma "erməni soyqırımı”nı tanıyan qətnaməsi heç bir həqiqəti əks etdirmir, bu sənədin hüquqi əsası yoxdur və onun qəbul edilməsi siyasi xarakter daşıyır.