Moskvaya getməyə hazıram – Sərkisyan
15.12.2019
Ermənistan Prezidenti Armen Sərkisyan Böyük Vətən müharibəsində qələbənin 75 illiyinin qeyd edilməsi üçün Moskvaya səfər etməyə hazırdır.
Bu barədə Sərkisyan "RİA Novosti”yə açıqlamasında deyib.
"Əgər dəvət etsələr, mütləq gələcəm. Bu, böyük qələbə günüdür və bu qələbə bizim hamımız – ruslar, ermənilər, ukraynalılar, özbəklər və digər xalqlar üçün çox mühümdür. Ermənistanda hər bir ailə bu qələbəyə töhvə verib, bütün erməni xalqı, xaricdəki erməni diasporu bu qələbənin bir hissəsi olub. Ona görə də Moskvada olsam, çox sevinəcəm”, - deyə Ermənistan prezidenti bildirib.