Türkiyə bu ölkəyə ordu göndərə bilər - Çavuşoğlu
15.12.2019
Liviyadan dəstəklə bağlı tələb gələrsə, bunu dəyərləndirəcəyik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Liviyaya əsgər göndərməsi ilə bağlı Dohada açıqlama verən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O, Liviyadan tələb gələcəyi təqdirdə əvvəlcə buna baxılacağını və daha sonra dəyərləndiriləcəyini bildirib.
Qeyd edək ki, Liviya və Türkiyə arasında əldə edilən razılaşmada "tələb olarsa, müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq ofisinin yaradılması" bəndi də əksini tapıb.