“Dünya gözəli-2019” müəyyənləşib
15.12.2019
Lodonda "Dünya gözəli-2019” Gözəllik Müsabiqəsinin qalibi seçilib.
Tacın sahibi Yamaykadan 23 yaşlı Toni-Enn Sinqx olub.
Toni-Enn Sinqxə tacı "Dünya gözəli-2018”-in qalibi Vanessa Ponse de Leon təqdim edib. Toni-Enn Sinqx gözəllik müsabiqəsində qalib gələn ikinci yamaykalıdır. İlk dəfə 1993-cü ildə Yamayka təmsilçisi dünya gözəli seçilib.
"Dünya gözəli-2019” Gözəllik Müsabiqəsində ikinci yerə fransalı Ofeli Mezino, üçüncü yerə hindistanlı Suman Rao layiq görülüb.