Pompeodan İraqla bağlı Tehrana sərt - XƏBƏRDARLIQ
14.12.2019
ABŞ Dövlət katibi Mayk Pompeo İraqda son günlər baş verən və Vaşinqtonun məsuliyyəti İranda gördüyü hücumlara münasibət bildirib.
"Yeni Akit” xəbər verir ki, bu barədə Pompeo yazılı açıqlama verib.
"İranın əlaltıları son dövrdə İraq təhlükəsizlik qüvvələri ilə ABŞ və beynəlxalq koalisiya əsgərlərinin olduğu bazalara qarşı bir çox hücum təşkil edib”, - Pompeo bildirib.
Pompeo, həmçinin 9 dekabrda Bağdad hava limanı yaxınlığındakı bir hərbi bazaya raket hücumu təşkil olunduğunu, 11 dekabrda isə hava limanına digər bir raket hücumunun həyata keçirildiyini xatırladıb, ABŞ-ın İraq təhlükəsizlik qüvvələri ilə sıx şəkildə çalışmağa davam edəcəyinin vurğulayıb:
"İranın ya da əlaltılarının amerikalılara, müttəfiqlərimizə, ya da maraqlarımıza zərər verəcək hər hansı bir hücumuna ABŞ-ın qərarlı bir şəkildə qarşılıq verəcəyini iranlı liderlərə xatırlatmaq istəyirəm. İran qonşularının suverenlik haqlarına hörmətlə yanaşmalı, həm İraqdakı, həm də bölgədəki əlaltılarına hərbi dəstəyi dərhal kəsməlidir”.