Tramp tənqid, Obama müdafiə etdi
14.12.2019
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama isveçli ekoaktivist Qreta Tunberqi dəstəkləyib.
Bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Məlumata görə, M.Obama ABŞ Prezidenti Donald Trampın yeniyetməni tənqid etməsindən sonra bu addımı atıb. Obama Tunberqin öz qəzəbini idarətetmə problemi üzərində çalışmalı olduğunu deyib:
"Heç kimin sizin işığınızı söndürməyinə izn verməyin. Siz bizə çox şey təklif edə bilərsiniz. Şübhə edənlərə diqqət yetirməyin və bilin ki, milyonlarla insan sizi dəstəkləyir”.
Qeyd edək ki, bundan öncə Tramp "Taym” jurnalının Tunberqi ilin adamı seçməsini absurd adlandırmışdı.