Bu, siyasi məsuliyyətsizlikdir - Ömər Çelik
13.12.2019
ABŞ Senatının "erməni soyqrımı”ı ilə bağlı qəbul etdiyi qətnaməni qəbul etmirik və bu qərarı kəskin şəkildə tənqid edirik.
Bu sözləri AKP sözçüsü Ömər Çelik sosial media hesabında bildirib.
"ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsini qəti şəkildə qəbul etmirik. Bu, siyasi məsuliyyətsizlikdir və Türkiyə-ABŞ münasibətlərinə ciddi zərər vuracaq. Çünki sözügedən qətnamə tarixi həqiqətdən və hüquqi əsasdan uzaqdır”, - deyə Ö.Çelik qeyd edib.
Ömər Çelik həmçinin qeyd edib ki, bu qərar Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşmasına da mane olacaq.
Qeyd edək ki, dünən ABŞ Senatı 1915-ci il hadisələrini "erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul edib.