21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Britaniyada seçkilərlə bağlı nəticələr açıqlandı

13.12.2019

Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərinin son nəticələri açıqlanıb.
Baş Nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası parlamentdə yerini bir az da gücləndirib. 
Son seçkilərdə onlar parlamentdə 364 yer qazanıb ki, bu da ötən seçki ilə müqayisədə 47 yer çoxdur.
Ölkənin əsas müxalifəti olan Leyboristlər Partiyası isə parlamentdə 203 yer qazana bilib. Partiyanın sədri Ceremi Korbin növbəti seçkilərdə partiyaya rəhbərlik etməyəcəyini açıqlayıb. Leyboristlər ötən seçki ilə müqayisədə 59 yer itiriblər.
Şotlandiya Milli Partiyası 48, Liberal Demokrat Partiyası isə 11 yerlə parlamentə daxil olmağı bacarıblar.
Yaşıllar Partiyasını isə parlamentdə yalnız bir nəfər təmsil edəcək.
Yekun nəticələrə əsasən, Demokratik Birlik Partiyası 8, Şinn Feyn (Şimali İrlandiya) 7, Pleyd Kamri 4, Sosial Demokrat İşçi Partiyası 2, Şimali İrlandiya İttifaq Partiyası isə 1 yerlə parlamentdə təmsil olunacaqlar.