“Ağ adam” Bakıda əməliyyat edildi
13.12.2019
Tanınmış şair və ziyalı, Givi ləqəbi ilə tanınan Giya Paçxataşvili ürəyindən əməliyyat olunub.
Bu barədə millət vəkili Qənirə Paşayeva məlumat paylaşıb. O, şairin Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunduğunu bildirib.
Qeyd edək ki, Giya Paçxataşvili 1961-ci il yanvar ayının 29-da Qax rayonunda anadan olub. O, 1999-cu ildən Rusiya Yazıçılar Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2007-ci ildən isə Gürcüstan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə AzTV tərəfindən Giyanın həyat və yaradıcılığından bəhs edən "Ağ adam” sənədli filmi çəkilib.
G.Paçxataşvili 21-i tərcümə olmaqla, 26 kitabın, şeir və publisistik məqalələrin müəllifidir.