Atambayevə qarşı qətl ittihamı irəli sürüldü
13.12.2019
Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev onun iqamətgahına hücum zamanı xüsusi təyinatlını qətlə yetirməkdə şübhəli bilinir.
bu barədə sabiq liderin vəkili Zamir Jooşev məlumat yayıb.
Atambayev Dövlət Təhlükəsizlik Komitəsinin "Alfa” xüsusi bölməsinin komandir müavini Usenbek Niyazbekovu öldürməkdə təqsirləndirilir.
İstintaq xüsusi təyinatlının "Draqunov” snayper tüfəngindən acılan atəşlə öldürüldüyünü iddia edir. Vəkil Jooşev isə "Alfa” əməkdaşlarının DTK rəhbərliyinin qanundankənar əmrini yerinə yetirdiyini və Atambayevin əleyhdarlarının hər şeyi onun boynuna atmağa çalışdıqlarını söyləyib.