Yurçeviç istefaya göndərildi
13.12.2019
AFFA milli komandamızın baş məşqçisi Nikola Yurçeviçlə yolları ayırmaq qərarı verib.
Bu barədə qərar hazırda davam edən AFFA İcraiyyə Komitəsinin qəbul oluub.
Qapalı keçirilən yığıncaqda xorvatiyalı məşqçinin hesabatı dinlənilib və onunla başan çatan 1 illik müqavilənin uzadılmaması barədə qərar verilib.
Xatırladaq ki, Yurçeviç ötən ilin fevralında millimizə baş məşqçi təyin olunmuşdu. Yığmamız onun rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsini cəmi 1 xalla başa vurub.