Seçkidə uduzdu, istefa verir
13.12.2019
Britaniyanın Leyboristlər Partiyasının rəhbəri Ceremi Korbin partiya rəhbəri vəzifəsindən gedəcəyini bildirib.
Buna səbəb kimi o, seçkilərin nəticəsini göstərib.
"Bu, Leyboristlər Partiyası üçün çox məyusedici nəticə idi. Aydındır ki, partiyanı növbəti seçkilərə mən aparmayacağam”, – deyə o bildirib.
Qeyd edək ki, Korbinin partiyası Britaniyadakı növbədənkənar parlament seçkisində sarsıdıcı məğlubiyyətə düçar olub. Seçkinin ilkin nəticələrinə əsasən, leyboristlər cəmi 191 mandata sahib ola biliblər.
Boris Consonun başçılıq etdiyi mühafizəkarlar Partiyası isə 368 yer əldə edib.