Başbuğ: Türkiyəyə qarşı qurulan oyun...
13.12.2019
Türkiyə-Liviya razılaşması müsbət və önəmli addımdır.
Bu sözləri Türkiyə Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ Tvitter səhifəsində yazıb.
"Türkiyəyə qarşı qurulan bəzi oyunlar pozulacaq. Keşkə, daha əvvəl belə müqavilə imzalansaydı... Amma zərərin istənilən yerindən qayıtmaqda fayda var”, - deyə Başbuğ bildirib.
Qeyd edək ki, Türkiyə və Liviya Aralıq dənizində qazma-axtarış fəaliyyətinin birgə həyata keçirilməsi üçün razılığa gəlib.