Keniyada dişi şir Afrika vəhşi təbiəti haqqında sənədli film çəkən qrupun kamerasını oğurlayıb.
"Dövran Media" xəbər verir ki, "qeyri-adi oğurluq” hadisəsinin görüntüsü "YouTube” portalında yayılıb.
Videoçarxda bir neçə heyvanın nəzarətsiz qalmış kameraya maraq göstərdiyini görmək olur.Daha sonra dişi aslanlardan biri kameranı qaparaq özü ilə aparır. "Oğruluq” ərzində bütün baş verənlər kameranın obyektivinə düşüb. Yırtıcı bir müddətdən sonra kameranı tərk edir.
Qeyd edək ki, Keniyanın fil qoruğunda məskunlaşan heyvanlardan bəhs edən "Mənim Afrikam” adlı sənədli filmin premyerası ötən həftə baş tutub.