Rusiyaya qarşı sanksiyaların müddətini uzadıldı
13.12.2019
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edib.
TASS xəbər verir ki, qərar Aİ-nin Brüsseldə keçirilən sammitində qəbul olunub.
Sanksiyalar yenidən 6 ay müddətinə uzadılıb. Köhnə sanksiyaların tarixi 2020-ci il yanvarın 31-də bitməli idi.
Xatırladaq ki, Krımın referndum vasitəsi ilə Rusiyaya birləşdirildiyindən sonra ABŞ və Avropa İttifaqı Moskvaya qarşı sanksiyalar tətbiq ediblər.