21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur”

08.05.2018

"Dağlıq Qarabağ kimi münaqişələr regionda sabitliyin və təhlükəsizliyin pozulmasına gətirib çıxarır. Belə münaqişələr Avropa İttifaqından kənarda baş verir”.
"Dövran Media"nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin əməkdaşı, səfir Kamil Xasıyev bildirib.
K. Xasıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycan torpaqlarının işğalı pislənilib, ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olunub: "BMT Baş Assambleyası da bu məsələ ilə bağlı 3 sənəd qəbul edib. Bundan başqa, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM da eyni mövqedədir. Beynəlxalq ictimaiyyətin rəyinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları azad etməyib, bu torpaqlarda hərbi gücünü saxlayır, o torpaqlardan qovulmuş yüz minlərlə azərbaycanlının torpaqlarına qayıtmasının qarşısını alır. Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur”.
K. Xasıyev qeyd edib ki, təmas xəttindəki yaşayış məntəqələri atəşə tutulur, hərbiçilərlə bərabər mülki şəxslər də hədəf olur: "2016-cı ilin aprelində azərbaycanlı uşaqlar da hədəf olub, həyatını itirib”.