Davudoğlu partiyasını ELAN ETDİ
12.12.2019
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun qurduğu partiyanın dövlət qeydiyyatına alınması üçün Daxili İşlər Nazirliyinə müraciət olunub.
Sabiq baş nazirin bundan sonra Gələcək Partiyasına liderlik edəcək.
Xatırladaq ki, türk mediası bir neçə aydır Əhməd Davudoğlunun quracağı partiya barədə xəbərlər verirdi. Gələcək Partiyasına hakim Ədalət və İnkişaf Partiyasından ayrılan şəxslər rəhbərlik edəcək.
Partiyanın Türkiyə DİN-də qeydiyyata alınması üçün müvafiq müraciəti Ayxan Səfər Üstün, Səlcuq Özdağ, Feramiz Üstün, İzətdin Küçük Yamalı və Yeşim Qaradağ təqdim edib.
Əhməd Davudoğlu sabah keçirəcəyi mətbuat konfransında Gələcək Partiyasının qurulması, proqramı və strukturunu türk ictimaiyyətinə açıqlayacaq.