Heydər Əliyev hərbi alayı bu tarixdə yaradıb
12.12.2019
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının "Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Naxçıvanın müdafiəsində mühum rol oynayan, "Sportrota” hərbi bölməsi haqqında məqalə yaradılıb.
1991-ci ildə Ulu öndər Heydər Əliyevin sayəsində yaradılan "Sportrota” Naxçıvan Dövlət Müdafiə Komitəsinin ilk xüsusi təyinatlı bölməsi olub.
AXC-nin Naxçıvan şöbəsinin apardığı pərakəndə döyüşlər məhz bundan sonra Naxçıvan Dövlət Müdafiə Komitəsinə tapşırılır. Komitənin ilk rəhbəri Elman Abbasovun xüsusi xidmətləri sayəsində müdafiə gücümüz nizami ordu halını almışdı. Naxçıvan Dövlət Müdafiə Komitəsinin nəzdində yaradılan "Sportrota” hərbi bölməsi ən ön cəbhədə rəşadətli döyüşlərilə yadda qalmışdır.
Əvvəl alayın tərkibi könüllülərdən ibarət olub. 1991-ci ildən başlayaraq Naxçıvandan Sovet Ordusuna əsgər göndərilməsi dayandırıldıqdan sonra hərbi xidmət yaşına çatmış cağırışçılar da alaya cəlb olunublar.
Xüsusi təyinatlı bölmə 1992-ci ildə eməni hərbi birləşmələrinin Sədərək, Buzqov, Gərməçataq istiqamətində hücumlarının qarşısının alınmasında iştirak edib.