Şirkətini ABŞ-a satdı, milyarder oldu
12.12.2019
Dünyada yeni milyarder qeydə alınıb.
Bu məlumatı "Blumberq” yayıb. Məlumata görə, yeni milyarder koreyalı memar, "Have ənd Bi” şirkətinin təsisçisi Çin Vuk Li olub. Li bu statusu şirkətinin ABŞ-ın "Estee Lauder” kompaniyası ilə iki müqavilə imzalamasından sonra əldə edib. Bu müqavilə sayəsində ABŞ kompaniyası Linin şirkətini 1,1 milyard dollara alıb.