21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ən gənc deputatlar kimlərdir? - Siyahı

12.12.2019

Növbədənkənar parlament seçkiləri ərəfəsində gündəmə gələn əsas məsələ Milli Məclisdə gəncləşmə siyasətinin aparılmasıdır. Deputatlığa namizədliyin irəli sürülməsi üçün heç bir yaş məhdudiyyəti olmasa da, gənclərin parlamentdə təmsil olunması diqqət çəkən və aruzolunan nünaslardandır.

Bir qədər əvvəl buraxılmış Azərbaycan Milli Məclisində şərti olaraq gənc – yaşı 40-dan az olan deputatlar təmsil olunurdu. Həmin millət vəkillərinin əksəriyyəti Yeni Azərbaycan Partiyasından (YAP) namizədliklərini irəli sürüb seçilmişdi. Lakin hələ ki, YAP seçki siyahısını açıqlamadığı üçün həmin deputatların yenidən namizəd olub-olmayacağı bilinmir.

 V çağırışda parlamentdə təmsil olunmuş gənc deputatların siyahısını təqdim edirik:

1. Ülviyyə Tapdıq qızı Həmzəyeva (1982) - Yeni Azərbaycan Partiyası

2. Sevinc Həbib qızı Fətəliyeva (1980) - Yeni Azərbaycan Partiyası

3. Naqif Ələşrəf oğlu Həmzəyev (1984) - Yeni Azərbaycan Partiyası

4. Müslüm Mürsəl oğlu Məmmədov (1980) - Yeni Azərbaycan Partiyası

5. Cavid Həmid oğlu Osmanov (1980) - Yeni Azərbaycan Partiyası

6. Vüsal Əfqan oğlu Hüseynov (1980) - Yeni Azərbaycan Partiyası

7. Sona Sakit qızı Əliyeva (1980) - Yeni Azərbaycan Partiyası

8. Kamran Fərhad oğlu Bayramov (1980) - Yeni Azərbaycan Partiyası

9. Elşən Məmmədhənifə oğlu Musayev (1980) - Azərbaycan Demokratik Maarifçilik Partiyası