Mədən çökdü: 35 nəfərdən xəbər yoxdur
12.12.2019
Əfqanıstanda qızıl mədənində baş vermiş sürüşmə nəticəsində azı 5 nəfərin öldüyü, 35 nəfərin itkin düşdüyü bildirilir.
Bu barədə "Tolo Nyus” televiziyası məlumat yayıb.
Təbii fəlakət Əfqanıstanın şimal-şərqində Bədəxşan əyalətində baş verib. Sürüşmənin baş verdiyi zaman mədəndə 40-a yaxın insanın olduğu bildirilir.
"Yerli sakinlər beş nəfərin cəsədini aşkar edib, digər 35 nəfərin taleyi haqda məlumat yoxdur”, - deyə əyalət qubernatorunun müavini söyləyib.
O, sürüşmənin baş verdiyi əraziyə Taliban qruplaşmasının nəzarət etdiyini, bu səbəbdən yerli hakimiyyət qüvvələrinin itkin düşənlərin axtarışında iştirak edə bilmədiyini qeyd edib.