ABŞ-ın hərbi büdcəsi: Fantastik məbləğ
12.12.2019
ABŞ-ın 2020-ci il üçün hərbi xərcləri daha 3,1 faiz artaraq 738 milyard dollar olub.
İqtisadçı Samir Əliyev bu vəsaitin 635 milyard dollarının Pentaqonun ehtiyaclarına, 71,5 milyardın Əfqanıstan, Suriya, Yəmən və digər ölkələrdə aparılan hərbi əməliyyatlara yönəldiləcəyini, Ukrayna üçün 300 milyon dollar nəzərdə tutulduğunu qeyd edib.
"ABŞ hərbi xərclərinə görə də dünyada lider ölkədir. Hərbi xərclərin ilk onluğuna düşən ölkələrin 9-nun xərclərini toplasaq, ABŞ-ın hərbi büdcəsinə güclə çatar. ABŞ-ın hərbi büdcəsi həcminə görə 2-ci yerdə duran Çindən 3, 3-cü yerdə duran Səudiyyə Ərəbistanından 10 dəfəyədək çoxdur.
ABŞ-ın hərbi xərcləri Kanada və Braziliyanın dövlət büdcəsindən də çoxdur. Rusiyanın dövlət büdcəsindən isə 3 dəfəyədək böyükdür”.