İsrail Knesseti özünü buraxdı
11.12.2019
İsrailin birpalatalı parlamenti olan Knessetin 22-ci çağırış deputatları parlamentin buraxılması haqda qərar qəbul ediblər.
Bu məlumatı Knessetin televiziya kanalı yayıb.
Məlumata görə, 22-ci çağırış Knessetinin buraxılması haqqında qanun layihəsi ilk oxunuşda 50 səslə qəbul edilib.
23-cü çağırış Knessetinə seçkilər 2 mart 2020-ci ildə keçiriləcək.
Qeyd edək ki, 22-ci çağırış Knessetinə seçkilərdən sonra Prezident Reuven Rivlin növbə ilə iki böyük partiya lideri – hakim Likud Partiyasının lideri Benyamin Netanyahu və "Kaxol-Lavan” müxalifət blokunun rəhbəri Beni Qantza nazirlər kabinetinin formalaşdırılması üçün mandat təqdim edib. Lakin onların heç biri parlament çoxluğunun dəstəyini ala bilməyib.