İran Türkiyəyə dəvət edilmədi
11.12.2019
İran Suriya ilə bağlı 2020-ci ilin fevralında keçirilməsi planlaşdırılan İstanbul sammitinə dəvət edilməyib.
Bunu İran Xarici İşlər nazirinin siyasi məsələlər üzrə köməkçisi Əli Əsgər Hacı jurnalistlərə açıqlamasında deyib.
"Bu, dördtərəfli sammitdir. Burada Türkiyə, Almaniya, Fransa və Britaniya iştirak edəcək. İran bu sammitə Avropa ölkələri ilə Türkiyə arasında olan görüş olduğu üçün dəvət edilməyib”, – deyə o bildirib.