0:00:43 15 04 2025-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Yeni ölkə yaranır

11.12.2019

Sakit okeanın Bugenvil adasında referendumun keçirilməsinə nəzarət edən komissiya səslərin sayılmasını başa çatdırıb: ada əhalisinin 97 faizi Papua-Yeni Qvineyadan ayrılaraq müstəqillik əldə etmək fikrini dəstəkləyib.
"The New Zealand Herald” xəbər verir ki, referendumda iştirak edənlərin 176 min 928 nəfəri müstəqillik, 3 min 43 nəfəri isə Papau-Yeni Qvineyanın tərkibində geniş muxtariyyət üçün səs verib.
Ümumilikdə komissiya tərəfindən 181 min 67 bülleten qeydiyyata alınıb.
Qeyd edək ki, Bugenvil adasının Papua-Yeni Qvineyadan ayrılaraq müstəqillik əldə etməsi ilə bağlı referendum 23 noyabrdan 7 dekabra qədər iki həftə ərzində davam edib.