21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ölkəmizə gələn xarici turistlərin sayı artıb

11.12.2019

Noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 2018-ci ilin eyni ayı ilə müqayisədə 13,3 faiz artaraq, 241 minə çatıb.
Xəbər verildiyi kimi, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bildirilib ki, gələnlərin sayına görə 69 minlə Rusiya, 68 minlə Gürcüstan ən yüksək göstəricilərə malikdirlər.
Qeyd edilməlidir ki, gələnlərin yarıdan çoxunu, yəni 56,7 faizini bu iki ölkənin vətəndaşları təşkil edib.
Faiz göstəricilərinə görə ən yüksək artım tempi müvafiq olaraq 33,5 faiz, 40,1 faiz və 35,5 faizlə İran, eləcə də, Cənubi və Mərkəzi Asiya ölkələri üçün müşahidə olunur.
Cənubi Asiya ölkələri arasında Hindistandan gələnlər içində 76,3 faiz göstərici ilə nəzərəçarpan artım qeydə alınıb. Türkiyə və Yaxın Şərqdən gələnlərin sayı isə 3,4 min və 2 min nəfər artaraq, 27 min və 17 min nəfər təşkil edib.
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz və ya 292 min nəfər artıb. Bu artım da 2017-ci ildən 2018-ci ilə olan artımdan 6 faiz, təqribən iki dəfə çoxdur. Xarici ölkələrdən gələnlərin üçdə birini Rusiya vətəndaşları təşkil edib.
Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Rusiyadan gələnlərin sayı 49 min və ya 6 faiz artaraq, 866 min nəfər olub. Ən yüksək artım müvafiq olaraq 20,2 faiz, 46,7 faiz və 38 faiz daha çox Gürcüstan, Mərkəzi və Cənubi Asiya ölkələrindən müşahidə edilib.
Ümumilikdə isə dövr ərzində bu ölkələrdən 661 min, 120 min və 107 min nəfər ziyarətçi gəlib.
Əvvəlki aylarda olduğu kimi, Orta Asiya ölkələri arasında ən çox əcnəbi qonaq Türkmənistan (49 min; 91,9 faizlə əhəmiyyətli artım) və Qazaxıstandan (43 min; 24,5 faiz artım), Cənubi Asiya ölkələrindən isə Hindistan (59 min; 67,7 faizlə əhəmiyyətli artım) və Pakistandan (42 min; 12,2 faiz artım) gəlib. Türkiyə və İrandan gələn xarici qonaqların sayı müvafiq olaraq 8,3 faiz və 3,7 faiz artaraq, 289 və 235 min nəfərə çatıb.