21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şuşa ilə FOTOSÖHBƏT

08.05.2018

Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhəri mədəniyyətimizin beşiyi sayılır. Bu tarixi şəhər 1992-ci il mayın 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.

Ermənilər havadarlarının yardımı ilə işğal etdikləri digər şəhər və rayonlar kimi Şuşa da Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atıblar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Bu şəhərin özəlliyi ondan ibarətdir ki, qala divarları ilə əhatə olunub. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılıb, zəngin muzey və kitabxanalar talan edilib, bir vaxtlar təkrarolunmaz təbiətinə görə "Qafqazın cənnəti” adlandırılan yerlər xarabalığa çevirilib.
Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşudbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan ediblər. Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələyiblər.
"Dövran Media" 26 ildir düşmən tapdağı altında əzilən Şuşanın fotolarını təqdim edir. Fotoları şəkilaltı sözlərlə əslən Xankəndi şəhərindən olan Səbuhi Şuşalı şərh edib.

Ermənilər tərəfindən yer üzündən silinmiş Şuşa şəhər 1№-li orta məktəb 

1№-li internat məktəbinin həyəti

Çuxur məhləsi. Qayabaşındakı ev. Bura əvvəllər uşaq evinin yeməkxanası idi, sonralar Tibb Texnikumu oldu

Daşaltı dərəsi. Topxana meşəsi

Yuxarı Gövhər ağa məscidi. Şuşanın işğalından əvvəl. XIX əsr memarlıq abidəsi.

Xurşudbanu Natəvanın dağıdılmış sarayının qalıqları. XIX əsr abidəsi idi

 

 

Üçmıx

Təzə məhəllə. 2017-ci il

Təzə məhəllə. Mehmandarovların evi. XIX əsr abidəsi

Şuşanın Gəncə qapısı. XVIII əsr memarlıq abidəsi

 

Şuşa-Mamayı məhəlləsi

Bülbülün Şuşadakı evi

Daşaltı çayı

Şuşa XX əsrin əvvəli. Bazarbaşı, Güllü bağ, Rastabazar, Rus kilsəsi. Şəkil Saatlı məscidinin minarəsindən çəkilib

Şuşa Real məktəbinin binası. XX əsrin memarlıq abidəsi

Şuşa qalasının Şuşa sanatoriyasının ərazisindəki divarları. Şuşalılar bura Tufli deyirdilər

Şuşa işğaldan əvvəl

Şuşa - aprel 2018

Şuşa - 1962-ci il

Şuşa - 1950-60-cı illər

Şuşa - işğaldan əvvəl

Sol tərəfdəki uçuqları qalan yer köhnə hamam adlanırdı. Ön tərəfdə Ağayev Gərayın evi, sağ tərəfdə Şuşa şəhər Məhkəməsinin və Prokurorluğun inzibati binası.

Saatlı məscidi. 1883-cü ildə köhnə məscidin yerində inşa edilən bu məscid memar Kərbəlayi Səfixan Qarabağinin tikdiyi sonuncu məsciddir. Məscidin interyeri və minarəsi xüsusi zövqlə işlənmişdi.

Qarabağın III xanı Mehdiqulu xan Cavanşirin qızı, şairə Xurşudbanu Natəvan tərəfindən 1848-ci ildə Şuşa şəhərinin yaxınlığında, Qala divarlarının daxilində tikilmiş Şuşa türməsi.

Qarabağ xanının vəziri, şair M.P.Vaqifin Cıdır düzü yaxınlığındakı məqbərəsi

M.Ə.Rəsulzadə küçəsi 1 saylı çoxmənzilli yaşayış binası.

İnşaAllah bu yolu getmək bizə qismət olar — Xankəndi-Şuşa yolu

Hamamqabağı məhəlləsi

Hamamqabağı məhəlləsi. Ə.Ağaoğlu küçəsi (keçmiş Kommunist küç.) Hacıyevlərin evi. İşğaldan əvvəl

Hamamqabağı məhəlləsi ilə Təzə məhəllənin kəsişdiyi yerdə yerləşən Şoferlər binası

Hacı Yusifli məhəlləsi

Hacı Qulular. İşğaldan əvvəl. XIX əsr abidəsi idi

Gəncə qapısının qarşısı. Şor bulaq.

Əsası 1750-ci illərdə Pənahəli xan Cavanşir tərəfindən qoyulmuş Şuşa Qalasının Çöl qala məhəlləsindəki divarları

Bazarbaşından Meydana qədər təxminən 300 metr məsafə olardı. Şuşalılar bu yolu söhbət edə- edə bəlkə 20-30 dəfə o başa-bu başa gedib-gələrdilər.