03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yeni ölkə yaranır - REFERENDUM

11.12.2019

Bugenvil adasında keçirilən referendum zamanı sakinlər adanın Papua-Yeni Qvineyanın tərkibindən çıxaraq müstəqil olmasına səs veriblər.
Bu barədə yerli televiziya kanalı EMTV məlumat verib.
Səsvermənin yekunlarına əsasən 181 min seçicidən təqribən 177 min nəfər müstəqilliyə, 3 min nəfər isə adaya geniş muxtariyyətin verilməsinə səs verib.
Qeyd edək ki, iyunun 15-də keçirilməli olan referendum əvvəlcə 17 oktyabr, daha sonra isə 23 noyabr tarixinə ertələnib.
Bugenvil adası Sakit okeanda Solomon adaları qrupunun ən iri adasıdır. Muxtar region olaraq Papua-Yeni Qvineya ölkəsinin tərkibinə daxildir. Adaya bu status 1975 və 1990-cı illərdə müstəqilliyin elan edilməsi üçün iki uğursuz cəhddən sonra 1997-ci ildə verilib.