Tramp İranla danışıqlar istəyir - Obrayen
10.12.2019
ABŞ Prezidenti Donald Tramp İranın hələ də saxladığı amerikalıların azad edilməsi və nüvə probleminin həlli üçün bu ölkə ilə qeyd-şərtsiz danışıqlar aparmaq istəyir.
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen deyib.
"Biz istərdik ki, onlarla digər saxlanılanlar barədə danışaq. İran nüvə proqramından və regiondakı zərərli fəaliyyətindən əl çəkməyincə sankiyalar və maksimal təzyiq ortadan qalxmayacaq. Biz istəyirik ki, hər bir amerikalı evində olsun”, – deyə o bildirib.