Türkiyəyə satılan F-35-ləri ABŞ geri alacaq
10.12.2019
ABŞ-ın 2020-ci maliyyə ili müdafiə büdcəsinin Senat və Nümayəndələr Palatası tərəfindən hazırlanan ortaq mətnində Türkiyənin F-35 tipli döyüş təyyarələrinin ABŞ Hərbi Hava Qüvvələri tərəfindən alınması nəzərdə tutulur.
"Hürriyyət” xəbər verir ki, sənədin Türkiyə ilə bağlı hissəsində Ankaranın F-35 təyyarələrinin alışına davam etməsi səbəbilə Türkiyəyə F-35 qırıcılarının təslim edilməməsi qeyd olunur.
Eyni zamanda, Türkiyəyə CAATSA qanunu çərçivəsində sanksiya tətbiq edilməsi gərəkdiyi ifadə edilir.
Büdcənin "Milli Müdafiə Strategiyası çərçivəsində Modernizasiya Proqramları” hissəsində Türkiyənin F-35 təyyarələri ilə bağlı bir detal yer alıb. Burada Türkiyə tərəfindən sifariş edilən təyyarələrin alışı üçün 440 milyon dollarlıq büdcə ayrılması nəzərdə tutulur.
"Konfrans üzvləri (Birləşmiş Ştatlar Konqresi Konfrans Komitəsi) Türkiyənin F-35 proqramından çıxarılmasını dəstəkləyir. Bu səbəbdən Müdafiə Nazirliyi Türkiyənin aldığı bütün F-35 təyyarələrinin geri alınmasını dəstəkləyir”, - büdcə hesabatında deyilib.