Simonyan: Putin prezident olmayacaq
10.12.2019
Bu və ya digər formada açıqlamalarından çıxış edərək, Rusiyanın növbəti prezidentinin Vladimir Putin olmayacağını təxmin edirəm.
Xəbər verildiyi kimi, bu sözləri "Rusiya bu gün” agentliyinin və RT telekanalının baş redaktoru Marqarita Simonyan deyib.
"Putin inandığı hər hansı şəxsi, yaxud şəxsləri təyin edəcək və xələfi olaraq ona təlimatlarını verəcək. Daha sonra isə təkrarı sevdiyi üçün xalq yenidən onu seçəcək”, - deyə erməni baş redaktor bildirib.
Qeyd edək ki, dövlət başçısı Vladimir Putin hələ ilk prezidentlik dönəmindən bəri xələfi haqqında düşündüyünü, lakin yekun qərarı seçicilərin verəcəyini bildirmişdi.
Rusiya Prezidentinin səlahiyyət müddəti 2024-cü ildə sona çatır. Konstitusiya görə, Putin növbəti prezident seçkilərində iştirak edə bilməyəcək.