İncə yoldaşlarına əsəbiləşdi: "Bu ağılla iqtidar olmaq olmaz" +VİDEO
07.05.2018
CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə partiya sədri Kamal Kılıçdaroğlu ilə görüşmək üçün partiyanın qərargahına gəlib.
"Dövran Media" xəbər verir ki, Kılıçdaroğlunun kabinetinə yollanmaq istəyən İncə liftdə yaranan sıxlığa görə gərgin anlar yaşayıb.
Liftə minməkdə çətinlik çəkən prezidentliyə namizəd "mən enərəm” deyərək liftdən düşüb. Daha sonra partiya üzvlərindən biri ona yer verib. Əsəbi halda liftə minən Məhərrəm İncə "Bu ağılla iqtidar olmaq mümkün deyil. Belə də şey olar?” deyərək vəziyyətə reaksiya göstərib.