Nazirlik yanğında zəhərlənənlərlə bağlı məlumat yaydı
10.12.2019
Səhiyyə Nazirliyi Bakı şəhərinin "EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı növbəti məlumat yayıb.
Xəbər verildiyi kimi, nazirlikdən verilən məlumata görə, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq beş briqada cəlb olunub:
"Saat 10:45-ə olan məlumata görə altı nəfərə yerində yardım göstərilib, iki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib”.
***
Səhiyyə Nazirliyi Bakı şəhərinin "EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı yeni məlumat yayıb.
Nazirlikdən bildirib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq beş təcili tibbi yardım briqadası cəlb olunub:
"Saat 09:50-yə olan məlumata görə iki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib”.