Ərdoğan: “BMT-ni yenidən formalaşdırmağa məcburuq”
07.05.2018
"Biz İsraildən hər iki dünyada da şikayətçi olacağıq”.
"Dövran Media" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Zeytundağı sülh mükafatının təqdimat mərasimində Qüds və Fələstin məsələsindən danışarkən bildirib.
"Birləşmiş Millətlər Təşklilatını yenidən formalaşdırmağa məcburuq. Təbii ki, bu, 5 ölkənin xoşuna gəlməyəcək. Başqa dövlətlər də onlardan qorxurlar. Ancaq bizim heç kimdən qorxumuz yoxdur. Biz Allah və millətimizə bağlıyıq. Son nəfəsimizədək bunu müdafiə edəcəyik”, - o vurğulayıb.