Ronaldunun oğlu ən yaxşı hücumçu seçildi
09.12.2019
"Yuventus"un Kriştianu Ronaldunun oğlu Turin klubunun U-9 komandasının heyətində iştirakçısı olduğu "Trophеe Cavour" turnirində ən yaxşı hücumçu seçilib.
Xəbər verildiyi kimi, o, turnirdə 3 qol vurub. 9 yaşlı kiçik Ronaldunun komandası finalda "Kyeri"yə 3:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Kriştiano Ronaldu 2018-ci ilin yayından "Yuventus"da oynayır. Onun oğlu da həmin vaxtdan İtaliya klubunun akademiyasına qoşulub.