03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Pompeo və Lavrov GÖRÜŞƏCƏKLƏR

09.12.2019

ABŞ dövlət katibi Mayk Pompeo və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək.
Görüşün sabah Vaşinqtonda keçirilməsi nəzərdə tutulub.
Görüşdən sonra M. Pompeo və S. Lavrov birgə mətbuat konfransı keçirəcəklər.
"Vaşinqton Post”un ABŞ administrasiyasına istinadən verdiyi xəbərə görə, M. Pompeo S. Lavrovla iki tərəfli münasibətləri, silah nəzarətinə aid məsələləri, habelə Suriya və Ukraynada vəziyyəti müzakirə edəcəklər.
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayen isə S. Lavrovun ABŞ-a səfəri zamanı Prezident Donald Trampla görüşünün mümkünlüyünü istisna etməyib.
Xatırladaq ki, Rusiya XİN başçısı sonuncu dəfə 2017-ci ildə Vaşinqtona səfər edib və ABŞ Prezidenti D. Tramp tərəfindən qəbul edilib.