Stallone növbəti “Rembo”nu çəkir
07.05.2018
Məşhur Hollivud aktyoru Silvester Stallone "Rembo” filminin 5-ci bölümünün çəkilişlərinə hazırlaşır.
"Dövran Media" xəbər verir ki, bu barədə "Deadline” nəşri məlumat yayıb.
Jurnalın məlumatına görə, Stallone bu ilin sentyabrında çəkilişlərinə başlanması planlaşdırılan filmin ssenarisini öyrənir.
Filmin prodüseri Avi Lernerdir.
5-ci hissənin ssenarisinə əsasən, Rembonun dostlarından birinin qızını oğurlayırlar və baş qəhrəman Meksikaya yollanır. Rembo sərhədi keçən kimi Meksikanın ən qəddar kartellərindən biri ilə qarşıdurmaya girir.