38 yaşında tarixə düşdü
09.12.2019
İspaniya La Liqasının 16-cı turunun "Atletik"lə ev oyunu (3:2) "Betis"in kapitanı Xoakin üçün əlamətdar olub.
Təcrübəli hücumçu bu oyunda İspaniya çempionatının tarixinə düşüb.
"Betis"in hər üç qolunu vuran ispaniyalı forvard La Liqa tarixində het-trikə imza atan ən yaşlı futbolçu olub. O, bunu 38 yaş, 140 günlüyündə reallaşdırıb.
İspaniya La Liqasında əvvəlki rekord 37 yaşında het-trik etmiş Madrid "Real"ının əfsanəvi futbolçusu Alfredo Di Stefanoya aid idi.