SEPAH-ın düşərgəsi raketlə vuruldu
08.12.2019
SEPAH-ın Suriyanın şimal-şərqindəki hərbi düşərgələrindən biri naməlum təyyarələr tərəfindən raket hücumuna məruz qalıb.
Bu barədə "Əl Hadat” telekanalı məlumat yayıb.
Kanal hücumun İsrail aviasiyası tərəfindən edilə biləcəyini deyib.
Məlumata görə, zərbələr nəticəsində ən az 5 nəfər həlak olub. Yaralananlar da var.
SEPAH hücumla bağlı heç bir məlumat yaymayıb.