Netanyahudan çağırış: Bir yerdə yaradaq
08.12.2019
İsrailin Baş naziri Benyamin Netanyahu Kahol-Lavan mərkəzçi blokunun rəhbəri Beni Qantzı təkrar seçkidə iştirak etməmək üçün birlik hökumətinin yaradılmasına razılıq verməyə çağırıb.
Netanyahu bu çağırışını bu gün "Makor Rişon” qəzetinin keçirdiyi konfransda edib.
"Bu gün mən Qantza deyirəm: gəl, bir yerdə vahid hökumət yaradaq. Yox, o zaman ölkə kimi istədiyinə qərar versin”, - Netanyahu bildirib.
Qeyd edək ki, ötən gün Netanyahu video-müraciət yayaraq, koalisiya hökuməti qurulmayacağı təqdirdə ayrıca baş nazir seçkisi keçirilməsini təklif etmişdi.